Partiya Cavablar
Siyasi Platforma Yeni Gürcüstan (Strategiya Ağmaşenebeli)
Sosial-iqtisadi məsələlər
- 1. Pensiya yaş həddi artırılmalıdırmı və ya yox? Xeyr
- 2. Qanun əsasında işəgötürən işçisi olan qadına və kişiyə eyni maaşı verməlidirmi, bir halda ki, onların hər ikisi eyni işi yerinə yetirirlər? Xeyr, bir çox başqa kriterilər də mövcuddur (məsələn, təhsil, təcrübə, vəzifə spesifikası və s.) ki, bu da ədalətli ödənişi təmin edir
- 3. Əmək müfəttişliyi olmalıdırmı və ya yox? Bəli
- 4. Dövlət iri işəgötürən olmalıdırmı və ya yox? Xeyr, təkcə ölkədə özəl sektorda iş yerləri yaradan mühitin yaradılmasına dəstək verməlidir
- 5. İşsizlik üzrə dövlət müavinatı olmalıdırmı və ya yox? Bəli
- 6. Qanunla müəyyən edilmiş minimal əmək haqqı olmalıdırmı və ya yox? Xeyr
- 7. Kənd təsərrüfatına edilən dövlət subsidiyalarını dəstəkləyirsinizmi? Xeyr, dövlət yalnız qeyri-maddi/qeyri-pul yardımını göstərə bilər
- 8. Müalicəsi olmayan və xilas şansı olmayan xəstə insanın qanuni hüququ varmı ki, başqasının yardımı ilə özünü öldürsün (evtanaziya)? Xeyr
- 9. Toplanılan pensiya sistemində işçilərin hamısının iştirakı icbaridir və ya yox? Xeyr
- 10. Aborta icazə verilməlidirmi və ya yox? Bəli, əgər hamiləliyin müddəti üç aydan çox deyilsə
-
11.
Pulla oynanılan qumar oyunlarına qadağa qoyulmalıdırmı və ya yox?
Xeyr
პარტიის განმარტება: სრულად არ უნდა აიკრძალოს, რეკლამა უნდა შეიზღუდოს.
Комментарий партии: Не следует запрещать полностью, следует ограничивать рекламу.
Partiya şərhi: Tamamilə qadağan edilməməli, reklam məhdudlaşdırılmalıdır.
կուսակցության բացատրությունը: Դա չպետք է ամբողջությամբ արգելվի, գովազդը պետք է սահմանափակվի:
Ətrafmühit məsələləri
Daxili işlər
- 1. Gürcüstan parlamentində qadınlar üçün məcburi kvotaların tətbiq edilməsini dəstəkləyirsinizmi? Bəli
- 2. Dini təşkilatlar dövlət büdcəsindən maliyyələşdirilməlidirlər ya yox? Bəli
- 3. Gürcüstanın pravoslav kilsəsi Konstitusiya anlaşması ilə verilmiş xüsusi statusla və güzəştlə faydalanmalıdırmı və ya yox? Bəli
- 4. Dövlət tərəfindən maliyyələşdirilən ictimai yayım olmalıdırmı və ya yox? Bəli
- 5. Xarici vətəndaşların Gürcüstanda kənd təsərrüfatı təyinatlı torpaqları almaq hüquqları varmı? Bəli, yalnız müəyyən məhdudiyyətlərlə
- 6. İcbari hərbi xidmətin mövcudluğu ilə razısınız, ya yox? Xeyr, yalnız peşəkar ordumuz olmalıdır
- 7. Kommunist-totalitar simvollarının kütləvi nümayişi / yerləşdirilməsi qadağan edilməlidirmi? Bəli
Səhiyyə məsələləri
- 1. Dövlət tərəfindən maliyyələşdirilən ictimai səhiyyə proqramı olmalıdırmı? Bəli
- 2. Marixuananın istifadəsinin leqallaşdırılmasını dəstəkləyirsinizmi? Xeyr, amma dekriminallaşdırılmalıdır və marixuana çəkdiklərinə görə, insanları həbsxanaya yerləşdirməməlidirlər
Xarici siyasət məsələləri
- 1. Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Bəli
- 2. Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirsinizmi? Bəli
- 3. Gürcüstanın Rusiya tərəfindən yaradılmış Avrasiya İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Xeyr
- 4. Gürcüstan Rusiyaya qarşı qoyulan sanksiyalara qatılmalıdırmı və ya yox? Bəli
- 5. Qanunla Rusiyanın imperialist ideyalarının açıq təbliğatı məhdudlaşdırılmalıdırmı? Bəli
- 6. 2008-ci ildə Gürcüstanla müharibəni Rusiyanın başlatmasını dəstəkləyirsinizmi? Bəli
- 7. Rusiya Federasiyasının Gürcüstanın işğalçısı və düşməni olduğu və ərazilərimiz işğaldan azad edilənə qədər onunla yaxşı qonşuluq münasibətlərimiz olmamalı olduğu fikri ilə razısınızmı? Bəli
- 8. Rusiya Federasiyasının Gürcüstanla qonşu, eyni dinə qulluq edən bir dövlət olduğu, tarixən bir çox ortaq dəyərləri paylaşdığımız və işğala baxmayaraq, onunla yaxşı qonşuluq münasibətlərimiz olması barədə fikirlərlə razısınızmı? Xeyr