Sual:

Gürcüstan parlamentində qadınlar üçün məcburi kvotaların tətbiq edilməsini dəstəkləyirsinizmi?

Nəticələr
Xeyr 6388 Vote
Bəli 2953 Vote
23%
Bəli
8%
Bəli, yalnız müvəqqəti
65%
Xeyr
4%
Xeyr, amma mümkündür ki, maliyyə baxımından bu siyasəti keçirən partiyalar həvəsləndirilsinlər

Kvotalar qadınların siyasətdəki iştirakını həvəsləndirmək məqsədini daşıyırlar.

İyulun 6-da Gürcüstan Parlamenti Seçki Məcəlləsinə parlamentdə məcburi gender kvotaları tətbiq edən bir dəyişiklik qəbul etdi. Qanuna görə:

2028-ci ilə qədər keçiriləcək parlament seçkilərində partiya tərəfindən təqdim edilən siyahıda hər dörd namizəddən ən azı bir namizəd fərqli cinsdən olmalıdır;

2028 - 2032-ci illərdə partiyanın keçirəcəyi seçkilərdə, hər üç namizəddən ən azı bir namizəd fərqli cinsdən olmalıdır;

2028-ci ilə qədər keçiriləcək munisipalitet sakrebulosunun seçkilərində partiyanın təqdim etdiyi namizədlər siyahısında, iki namizəddən biri fərqli cinsdən olmalıdır.

Dünyanın müxtəlif ölkələrində parlamentdəki gender kvotaları haqqında daha çox məlumatı bu linkdən əldə etmək olar.