Gürcüstan Dövləti və Gürcüstan Apostol Avtokefal Pravoslav kilsəsi arasında 2002-ci ilin oktyabrın 14-də Konstitusiya sazişi (konkordat) bağlandı, bununla kilsəyə bir sıra imtiyazlar verildi. 2009-cu ildən Maliyyələr Nazirliyi tərəfindən Gürcüstan patriarxlığı üçün ayrılmış illik ortalama birbaşa maliyyələşdirmə 25 milyon larini təşkil edir.
Bundan əlavə, konkordatla pravoslav kilsəsi üçün başqa güzəştlər də nəzərdə tutulur. Məsələn, kilsə tərəfindən aparılan dini qulluq əşyalarının hazırlanması, daxil edilməsi, çatdırılması və ianə, o cümlədən qeyri-iqtisadi məqsədlə mövcud olan əmlak və torpaq vergilərdən azad edilmişdir.