Layihə haqqında

Chemikhma.ge „Beynəlxalq Şəffaflıq – Gürcüstan  tərəfindən yaradılmış internet səhifədir və məqsədi ondan ibarətdir ki, Gürcüstan vətəndaşlarına 2020-ci il parlament seçkilərində istədikləri seçimi etməkdə yardım etsin.

İnternet səhifəsində xüsusi anket yerləşdirilmişdir və ictimai siyasətlə bağlı 32 qapalı suallardan ibarətdir. Eləcə də bu suallarda Gürcüstanda fəaliyyət göstərən 9 əsas siyasi partiyanın cavabları verilmişdir.*

Seçicinin hüququ var ki, eyni anketi doldursun və hansı siyasi partiyanın  fikirlərinə daha yaxın olduğunu başa düşsün. Sualların hamısına cavab verdikdən sonra internet səhifə istifadəçiyə nəticəni göstərir ki, hansı siyasi partiya ilə nə qədər faiz uyğunluğu var.

Faiz uyğunluğu növbəti şəkildə hesablanır: konkret sual üzrə internet istifadəçi və siyasi partiyanın cavablarının tam uyğun olduğu halda, bu sualda partiyaya 100% verilir. Seçicinin və partiyanın cavablarının tam eyni olmadığı, amma oxşar olduğu halda, partiyaya 75% verilir. Seçicinin və partiyanın cavablarının bir-birindən çox fərqləndiyi halda, partiyaya 0% verilir. Məsələn, növbəti sualı və ona verilən ehtimal cavabları götürək:

Təqaüd yaşı artmalıdırmı və ya yox?
  • bəli
  • xeyr
  • bəli, yalnız kişilər üçün
  • bəli, yalnız qadınlar üçün
  • xeyr, əksinə azalmalıdır

Tutaq ki, bu suala siyasi partiya “a” (bəli) cavabını verdi. İnternet səhifənin istifadəçisi də eyni suala “a” cavabını verərsə, bu sualda həmin seçicinin partiya ilə uyğunluğu 100% olacaqdır. Seçicinin cavabı, məsələn, “c” olacaqdırsa (bəli, yalnız kişilər üçün), bu onu bildirir ki, onun və partiyanın cavabları tam eyni olmasa da, qismən bir-birinə uyğundur, çünki hər ikisi də pensiya yaş həddinin artırılmasını dəstəkləyir. Bu halda, seçicinin cavabı partiyanın cavabı ilə 75% uyğun olacaqdır, seçici “b” (xeyr) seçdikdə və ya “ç” seçdikdə (xeyr, əksinə azaldılmalıdır) cavabların uyğunluğu 0% olacaqdır.

Anketi tam doldurduqdan sonra sualın nəticəsi cəmləşdirilir və alınan rəqəm 32-yə bölünür, yəni sualların sayına və bundan sonra internet səhifə istifadəçisi və hər bir siyasi partiya arasında ortalama faiz nisbəti hesablanır.

* Anket NDI-nin ictimai rəyinin son tədqiqatlarından ən azı 1%-lik dəstək alan siyasi partiyalara göndərildi: „Gürcü Arzusu – Demokratik Gürcüstan”, “Gürcüstanın Vətənpərvərlər Alyansı”, “Vahid Gürcüstan – Demokratik Hərəkat”, “Vahid Milli Hərəkat”, “Avropa Gürcüstanı – Azadlıq uğrunda Hərəkat”, “Yeni Siyasi Mərkəz - Qirçi”, “Siyasi Platforma Yeni Gürcüstan” (Ağmaşenebeli strategiyası), “Gürcüstan Leyborist Partiyası”, “Aleko Elisaşvili – Vətəndaşlar”, “Ədalət naminə” və “Lelo Gürcüstan üçün”. Anketin cavablarını “Gürcü Arzusu – Demokratik Gürcüstan” və “Gürcüstanın Vətənpərvlər Alyansı” təqdim etməmişdir