28 iyun 2013-cü il tarixində Gürcüstan Parlamenti “Kənd Təsərrüfatı Təyinatlı Torpaq Mülkiyyətinə dair” Gürcüstan Qanununda dəyişikliklər haqqında Qanun qəbul etdi. Dəyişikliyə əsasən, xarici vətəndaş 31 dekabr 2014-cü il tarixinədək kənd təsərrüfatı təyinatlı torpaqları üzrə mülkiyyət (miras daxil olmaqla) hüququnu əldə edə bilməzdi. Bu müddəa Gürcüstan Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya zidd elan edildi, bu səbəbdən də bununla əlaqədar qanunvericilik qadağası qəbul edilmədi.
2017-ci ildə Gürcüstan Konstitusiyasına edilən dəyişikliyə görə, 19-cu maddəyə norma əlavə edildi ki, bu da torpağa xüsusi əhəmiyyət kəsb edən resurs statusunu verir və yalnız Gürcüstan vətəndaşının mülkiyyətində ola bilər. Eləcə də Konstitusiya torpağa mülkiyyət hüququnun Orqan Qanunu ilə tənzimlənməsini tələb edir ki, bu da 2019-cu ildə qəbul edilmişdir.