Əmək Müfəttişliyi - Əmək qanunvericiliyinə əməl olunmasına monitorinq aparan və zəruri hallarda sanksiya tətbiq edən bir dövlət orqanıdır. Əmək qanunvericiliyinə əməl edilməsinə aşağıdakılar daxildir: əmək şəraitinə nəzarət, əmək müqavilələrinin Əmək Məcəlləsi ilə uyğunluğunun yoxlanılması, əmək diskriminasiya faktlarının aşkarlanması və s.
1 sentyabr 2019-cu il tarixindən “Əməyin təhlükəsizliyi haqqında” qanun qüvvəyə mindi, bununla da nəzarətçi orqana hüquq verilir ki, əvvəlcədən xəbərdarlıq xaricində müfəttişliyə aid olan hər hansı bir iş məkanını istənilən vaxt yoxlasın. Nəzarətçi orqan pozuntu halında müvafiq sanksiyaları tətbiq edə bilər. Qanunun qüvvəyə minməsi iqtisadi fəaliyyətin hər bir sahəsinə şamil edilir.