Gürcüstanda pensiya yaş həddi qadınların halında 60 yaş həddindən başlayır, kişilərdə isə - 65 yaşından başlayır. Dünyanın müxtəlif ölkələrində pensiya yaşının həddi ilə növbəti linkdə tanış ola bilərsiniz.
Əmək Müfəttişliyi - Əmək qanunvericiliyinə əməl olunmasına monitorinq aparan və zəruri hallarda sanksiya tətbiq edən bir dövlət orqanıdır. Əmək qanunvericiliyinə əməl edilməsinə aşağıdakılar daxildir: əmək şəraitinə nəzarət, əmək müqavilələrinin Əmək Məcəlləsi ilə uyğunluğunun yoxlanılması, əmək diskriminasiya faktlarının aşkarlanması və s.
1 sentyabr 2019-cu il tarixindən “Əməyin təhlükəsizliyi haqqında” qanun qüvvəyə mindi, bununla da nəzarətçi orqana hüquq verilir ki, əvvəlcədən xəbərdarlıq xaricində müfəttişliyə aid olan hər hansı bir iş məkanını istənilən vaxt yoxlasın. Nəzarətçi orqan pozuntu halında müvafiq sanksiyaları tətbiq edə bilər. Qanunun qüvvəyə minməsi iqtisadi fəaliyyətin hər bir sahəsinə şamil edilir.
2019-cu il dövlət sektorunda təxminən 300 min insan işlə təmin olunmuşdur, bu da ölkədə işlə təmin olunanların sayı ilə münasibətdə (özünü işlə təmin edənlər daxil olmaqla) 17.7%-ni təşkil edir.
Hal-hazırda Gürcüstanda işsizlik üzrə müavinat nəzərdə tutulmamışdır.
Gürcüstan Prezidentinin 1999-cu il 4 iyun 351-ci fərmanı ilə, Gürcüstanda minimal aylıq maaş 20 larini təşkil edir.
Evtanaziya - müalicəsi olmayan, ölümqabağı mərhələdə olan xəstənin həyatına onun xahişi ilə qəsdən son qoyulma deməkdir. Gürcüstan Qanunvericiliyinə əsasən, evtanaziyanın həyata keçirilməsi və ya onda iştirak etmək qadağandır. Dünyanın müxtəlif ölkələrində evtanaziyanın tənzimlənməsi haqqında daha çox məlumat almaq üçün linki izləyə bilərsiniz.
2019-cu ildə Gürcüstanda qismən icbari toplanılan pensiya sistemi fəaliyyətə başladı. Vətəndaşlar tərəfindən qənaət edilmiş məbləğ (gəlirin 2%-i) və dövlət (həmçinin gəlirin 2%-i) və işəgötürən tərəfindən əlavə edilmiş vəsaitlər üzərində (o cümlədən gəlirin 2-2 faizi dəyərində) Xüsusi Pensiya Fondu sərəncam verir ki, bu da qeyd edilən pulun müəyyən faiz hissəsini köçürür və pensiyaya çıxdıqdan sonra vətəndaşlara geri qaytaracaqdır. İmzalanmış müqavilə nəticəsində maaş alan vətəndaşların hamısı pensiya sxeminə avtomatik cəlb olunurlar.
Abort tibbi prosedurdur və bunun nəticəsində də hamiləliyin süni dayandırılması baş verir, dölün çıxarılması yolu ilə. Gürcüstan Qanunvericiliyinə əsasən, abort etmək yalnız hamiləliyin birinci üç ayı ərzində mümkündür və hamilə ilə tibb müəssisəsində müsahibə keçirilir və fikirləşmək üçün ona 5 günlük müddət verilir. Vaxt bitdikdən sonra, əgər hamiləlik müddəti üç aydan çox keçmişsə, aborta yalnız tibbi və sosial ifadələrə əsasən icazə verilir və bunların siyahısı Gürcüstan əmək, sağlamlıq və sosial müdafiə nazirinin fərmanı ilə təyin edilir. Dünyanın müxtəlif ölkələrində abortun tənzimlənməsi haqqında daha çox məlumatı növbəti interaktiv xəritədə izləyə bilərsiniz.
Gürcüstan Qanunvericiliyi ilə, qumar və uduşlu oyunlara qadağa qoyulmamışdır. Amma 21 yaşına qədər şəxs üçün kazinoda və ya qumar klubunda, 18 yaşına qədər şəxs üçün isə oyun aparatlarının salon və uduşlu oyunlarının təşkili yerinə giriş və ya oyunda (o cümlədən, sistemli-elektron forma ilə təşkil edilmiş qumar oyununda) iştirak etməsi qadağandır.
Avtonəqliyyat vasitələrinin mütəmadi texniki müfəttişliyi 2018-ci ilin yanvarın 1-dən başlanmış və 2019-cu ilin yanvarından etibarən bütün kateqoriyalı avtonəqliyyat vasitələri üçün məcburi oldu. Qaydalara əsasən, 4 ilə qədər avtomaşınların müfəttişliyinə ehtiyac yoxdur, 4-dən 6 ilə qədər – iki ildə bir dəfə, 6-dan 8 ilə qədər – iki ildə bir dəfə, 8 ildən yuxarı isə - hər il.
Kvotalar qadınların siyasətdəki iştirakını həvəsləndirmək məqsədini daşıyırlar.
İyulun 6-da Gürcüstan Parlamenti Seçki Məcəlləsinə parlamentdə məcburi gender kvotalarını tətbiq edən bir dəyişiklik qəbul etdi. Qanuna görə:
2028-ci ilə qədər keçiriləcək parlament seçkilərində partiya tərəfindən təqdim edilən siyahıda hər dörd namizəddən ən azı bir namizəd fərqli cinsdən olmalıdır;
2028 - 2032-ci illərdə partiyanın keçirəcəyi seçkilərdə, hər üç namizəddən ən azı bir namizəd fərqli cinsdən olmalıdır;
2028-ci ilə qədər keçiriləcək munisipalitet sakrebulosunun seçkilərində partiyanın təqdim etdiyi namizədlər siyahısında, iki namizəddən biri fərqli cinsdən olmalıdır.
Dünyanın müxtəlif ölkələrində parlamentdəki gender kvotaları haqqında daha çox məlumatı bu linkdən əldə etmək olar.
Gürcüstan Dövləti və Gürcüstan Apostol Avtokefal Pravoslav kilsəsi arasında 2002-ci ilin oktyabrın 14-də Konstitusiya sazişi (konkordat) bağlandı, bununla kilsəyə bir sıra imtiyazlar verildi. 2009-cu ildən Maliyyələr Nazirliyi tərəfindən Gürcüstan Patriarxlığı üçün ayrılmış illik ortalama birbaşa maliyyələşdirmə 25 milyon larini təşkil edir.
Bundan başqa, Sovet totalitar rejimi zamanı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məqsədilə, 2014-cü ildən dövlət büdcəsindən islam, iudey, Roma-katolik və ermənilərin avtokefal dini etiqadı olan dini təşkilatlar maliyyələşdirilirlər. Bu məqsədlə, 2020- ci ildə dövlət tərəfindən 4 600 000 lari ayrılmışdır.
Gürcüstan Dövləti və Gürcüstan Apostol Avtokefal Pravoslav kilsəsi arasında 2002-ci ilin oktyabrın 14-də Konstitusiya sazişi (konkordat) bağlandı, bununla kilsəyə bir sıra imtiyazlar verildi. 2009-cu ildən Maliyyələr Nazirliyi tərəfindən Gürcüstan patriarxlığı üçün ayrılmış illik ortalama birbaşa maliyyələşdirmə 25 milyon larini təşkil edir.
Bundan əlavə, konkordatla pravoslav kilsəsi üçün başqa güzəştlər də nəzərdə tutulur. Məsələn, kilsə tərəfindən aparılan dini qulluq əşyalarının hazırlanması, daxil edilməsi, çatdırılması və ianə, o cümlədən qeyri-iqtisadi məqsədlə mövcud olan əmlak və torpaq vergilərdən azad edilmişdir.
2020-ci ildə ictimai yayımın maliyyələşdirilməsi 68.7 milyon larini təşkil edir.
28 iyun 2013-cü il tarixində Gürcüstan Parlamenti “Kənd Təsərrüfatı Təyinatlı Torpaq Mülkiyyətinə dair” Gürcüstan Qanununda dəyişikliklər haqqında Qanun qəbul etdi. Dəyişikliyə əsasən, xarici vətəndaş 31 dekabr 2014-cü il tarixinədək kənd təsərrüfatı təyinatlı torpaqları üzrə mülkiyyət (miras daxil olmaqla) hüququnu əldə edə bilməzdi. Bu müddəa Gürcüstan Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya zidd elan edildi, bu səbəbdən də bununla əlaqədar qanunvericilik qadağası qəbul edilmədi.
2017-ci ildə Gürcüstan Konstitusiyasına edilən dəyişikliyə görə, 19-cu maddəyə norma əlavə edildi ki, bu da torpağa xüsusi əhəmiyyət kəsb edən resurs statusunu verir və yalnız Gürcüstan vətəndaşının mülkiyyətində ola bilər. Eləcə də Konstitusiya torpağa mülkiyyət hüququnun Orqan Qanunu ilə tənzimlənməsini tələb edir ki, bu da 2019-cu ildə qəbul edilmişdir.
Gürcüstan Qanunvericiliyinə əsasən, hərbi xidmətə çağırışdan azad edilmə və ya çağırışın təxirə salınması hüququ olmayan və hərbi qeydiyyatda olan hər hansı bir 18-dən 27 yaşına qədər Gürcüstan vətəndaşı (kişi cinsindən) hərbi qulluq keçməlidir. Hərbi xidmət keçən hər bir çağırışçı 12 ay müddətinə hərbi xidmətdə olmalıdır.
“Azadlıq Xartiyası haqqında” Gürcüstan Qanunu kommunist-totalitar və faşist ideologiyasını daşıyan simvolikanın, abidələrin, barelyeflərin, yazıların, adların ictimai məkanda istifadəsini qadağan edir. Belə bir simvolikanın aradan götürülməsi məqsədilə, xüsusi yaradılmış komissiya səlahiyyətli şəxsə müraciət edir. Komissiyanın müraciət etdiyi halda, səlahiyyətli şəxs kommunist totalitar və ya faşist simvolikasını aradan götürməlidir.
Hal-hazırda, ictimai səhiyyə proqramı, özəl bir tibbi sığorta paketindən istifadə edən və ya ildə 40.000 laridən çox gəliri olan Gürcüstan vətəndaşlarına şamil edilmir. 2017-ci ildən bəri ictimai səhiyyə proqramına medikamentlər komponenti əlavə edildi.
Gürcüstan Konstitusiyası Məhkəməsinin 2017-ci il 30 noyabr və 2018-ci il 30 iyul qərarı ilə marixuananın kiçik doza ilə istifadəsi qanun pozuntusu hesab edilmir.
Dünyanın müxtəlif ölkələrində narkotik siyasət haqqında daha çox məlumatı bu linkdə izləyə bilərsiniz
Qərb ölkələri tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi zərurətinə 2014-cü ilin martında Rusiya tərəfindən Ukrayna ərazisinin bir hissəsinin – Krım yarımadasının anneksiyası səbəb oldu. Sanksiyalar əsasən Rusiya hakimiyyətinə yaxın insanların və şirkətlərin aktivlərinin dondurulmasını, müəyyən mühüm texnologiyaların Rusiyaya satışına qadağanın qoyulmasını və sairəni əhatə edir.
Bundan sonra müxtəlif illərdə sanksiyaların məzmunu və miqyasları dəfələrlə dəyişmişdir.
Rusiya öz imperialist məqsədlərinə çatmaq üçün müxtəlif təbliğat elementlərindən istifadə etməlidir. Müxtəlif yollarla məqsədyönlü dezinformasiyadan özünü müdafiə etməyə çalışan postsovet məkanının ölkələri üçün Rusiyanın təbliğatı xüsusilə böyük problem yaradır.
2014-cü ildə Krımın anneksiyasından sonra Ukrayna öz ərazisində bəzi Rusiya kanallarının yayımına qadağa qoydu. Sonralar, 2016-cı ildə Ukrayna Rusiyanın aparıcı sosial mediya internet səhifələrini blokladı. 2018-ci ilin fevralın 12-dən Moldovada qanun qüvvəyə mindi, hansına əsasən, Rusiyanın informasiya və siyasi telekanallarının yayımına qadağa qoyuldu.
Latviyada da Rusiya təbliğatına qarşı mübarizə davam edir. Bu ölkənin hakimiyyəti 2016-cı ildə Rossiya-RTR telekanalının yayımını 6 ay müddətinə məhdudlaşdırdı, Sputnik-in yayımını isə ümumiyyətlə, qadağa etdi.
Ümumi təhsil məktəblərdə üç pilləyə bölünür: ibtidai, baza və orta pillələrə. İbtidai pillə 1-6 sinifləri, baza – 7-9, orta isə - 10-12-ci sinifləri nəzərdə tutur.
Gürcüstanın Ümumtəhsil Qanununa görə, ictimai məktəblərdə dərs prosesindən dini indoktrinasiya,, prozelitizm və ya məcburi assimilyasiya məqsədləri üçün istifadə etmək yolverilməzdir.