Partiya Cavablar
Lelo Gürcüstan üçün
Sosial-iqtisadi məsələlər
- 1. Pensiya yaş həddi artırılmalıdırmı və ya yox? Xeyr
- 2. Qanun əsasında işəgötürən işçisi olan qadına və kişiyə eyni maaşı verməlidirmi, bir halda ki, onların hər ikisi eyni işi yerinə yetirirlər? Bəli
- 3. Əmək müfəttişliyi olmalıdırmı və ya yox? Bəli
- 4. Dövlət iri işəgötürən olmalıdırmı və ya yox? Xeyr, təkcə ölkədə özəl sektorda iş yerləri yaradan mühitin yaradılmasına dəstək verməlidir
- 5. İşsizlik üzrə dövlət müavinatı olmalıdırmı və ya yox? Xeyr
- 6. Qanunla müəyyən edilmiş minimal əmək haqqı olmalıdırmı və ya yox? Bəli
- 7. Kənd təsərrüfatına edilən dövlət subsidiyalarını dəstəkləyirsinizmi? Bəli
- 8. Müalicəsi olmayan və xilas şansı olmayan xəstə insanın qanuni hüququ varmı ki, başqasının yardımı ilə özünü öldürsün (evtanaziya)? Xeyr
- 9. Toplanılan pensiya sistemində işçilərin hamısının iştirakı icbaridir və ya yox? Bəli
- 10. Aborta icazə verilməlidirmi və ya yox? Bəli, əgər hamiləliyin müddəti üç aydan çox deyilsə
- 11. Pulla oynanılan qumar oyunlarına qadağa qoyulmalıdırmı və ya yox? Xeyr
Ətrafmühit məsələləri
Daxili işlər
- 1. Gürcüstan parlamentində qadınlar üçün məcburi kvotaların tətbiq edilməsini dəstəkləyirsinizmi? Bəli, yalnız müvəqqəti
-
2.
Dini təşkilatlar dövlət büdcəsindən maliyyələşdirilməlidirlər ya yox?
Bəli, yalnız pravoslav kilsəsi maliyyələşdirilməlidir
პარტიის განმარტება: პარტია მიზანშეწონილად მიიჩნევს დაფინანსების განსხვავებულ მოდელს.
կուսակցության բացատրությունը: Լելոն տեղին է համարում ֆինանսավորման այլ մոդել:
Комментарий партии: Партия считает подходящей другую модель финансирования.
Partiya şərhi: Partiya fərqli bir maliyyə modelini uyğun hesab edir.
- 3. Gürcüstanın pravoslav kilsəsi Konstitusiya anlaşması ilə verilmiş xüsusi statusla və güzəştlə faydalanmalıdırmı və ya yox? Bəli
- 4. Dövlət tərəfindən maliyyələşdirilən ictimai yayım olmalıdırmı və ya yox? Bəli
- 5. Xarici vətəndaşların Gürcüstanda kənd təsərrüfatı təyinatlı torpaqları almaq hüquqları varmı? Bəli, yalnız müəyyən məhdudiyyətlərlə
- 6. İcbari hərbi xidmətin mövcudluğu ilə razısınız, ya yox? Bəli, həm kişilər üçün, eləcə də qadınlar üçün
- 7. Kommunist-totalitar simvollarının kütləvi nümayişi / yerləşdirilməsi qadağan edilməlidirmi? Bəli, yalnız təşvqiat məqsədilə istifadə edildiyi halda
Səhiyyə məsələləri
- 1. Dövlət tərəfindən maliyyələşdirilən ictimai səhiyyə proqramı olmalıdırmı? Bəli
- 2. Marixuananın istifadəsinin leqallaşdırılmasını dəstəkləyirsinizmi? Xeyr, amma dekriminallaşdırılmalıdır və marixuana çəkdiklərinə görə, insanları həbsxanaya yerləşdirməməlidirlər
Xarici siyasət məsələləri
- 1. Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Bəli
- 2. Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirsinizmi? Bəli
- 3. Gürcüstanın Rusiya tərəfindən yaradılmış Avrasiya İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Xeyr
- 4. Gürcüstan Rusiyaya qarşı qoyulan sanksiyalara qatılmalıdırmı və ya yox? Bəli
- 5. Qanunla Rusiyanın imperialist ideyalarının açıq təbliğatı məhdudlaşdırılmalıdırmı? Xeyr
- 6. 2008-ci ildə Gürcüstanla müharibəni Rusiyanın başlatmasını dəstəkləyirsinizmi? Bəli
- 7. Rusiya Federasiyasının Gürcüstanın işğalçısı və düşməni olduğu və ərazilərimiz işğaldan azad edilənə qədər onunla yaxşı qonşuluq münasibətlərimiz olmamalı olduğu fikri ilə razısınızmı? Bəli
- 8. Rusiya Federasiyasının Gürcüstanla qonşu, eyni dinə qulluq edən bir dövlət olduğu, tarixən bir çox ortaq dəyərləri paylaşdığımız və işğala baxmayaraq, onunla yaxşı qonşuluq münasibətlərimiz olması barədə fikirlərlə razısınızmı? Xeyr
Təhsil məsələləri
- 1. Məktəblərdə seksual təhsil haqqında fənnin olmasını dəstəkləyirsinizmi? Bəli
- 2. İctimai məktəblərdə dini təşkilatlar tərəfindən dini mərasimlərin keçirilməsi qadağan edilməlidirmi və ya yox? Bəli
- 3. Dövlət bütün məktəbəqədər uşaqların təhsil xərclərini tam ödəməlidirmi? Xeyr, yalnız məktəbəqədər ictimai təhsil müəssisələrində qeydiyyatdan keçmiş uşaqların təhsil xərcləri ödənilməlidir