Partiya Cavablar
Vahid Milli Hərəkat
Sosial-iqtisadi məsələlər
- 1. Pensiya yaş həddi artırılmalıdırmı və ya yox? Xeyr
- 2. Qanun əsasında işəgötürən işçisi olan qadına və kişiyə eyni maaşı verməlidirmi, bir halda ki, onların hər ikisi eyni işi yerinə yetirirlər? Xeyr, dövlət özəl şirkətlərin maaş siyasətinə müdaxilə etməməlidir
- 3. Əmək müfəttişliyi olmalıdırmı və ya yox? Bəli, amma yalnız monitorinqi həyata keçirmək səlahiyyəti olmalıdır
- 4. Dövlət iri işəgötürən olmalıdırmı və ya yox? Xeyr, təkcə ölkədə özəl sektorda iş yerləri yaradan mühitin yaradılmasına dəstək verməlidir
- 5. İşsizlik üzrə dövlət müavinatı olmalıdırmı və ya yox? Xeyr
- 6. Qanunla müəyyən edilmiş minimal əmək haqqı olmalıdırmı və ya yox? Xeyr
- 7. Kənd təsərrüfatına edilən dövlət subsidiyalarını dəstəkləyirsinizmi? Bəli
- 8. Müalicəsi olmayan və xilas şansı olmayan xəstə insanın qanuni hüququ varmı ki, başqasının yardımı ilə özünü öldürsün (evtanaziya)? Xeyr
- 9. Toplanılan pensiya sistemində işçilərin hamısının iştirakı icbaridir və ya yox? Xeyr
- 10. Aborta icazə verilməlidirmi və ya yox? Bəli, əgər hamiləliyin müddəti üç aydan çox deyilsə
- 11. Pulla oynanılan qumar oyunlarına qadağa qoyulmalıdırmı və ya yox? Xeyr
Ətrafmühit məsələləri
- 1. Avtomobilin texniki yoxlayışı icbari olmalıdır ya yox? Bəli, amma yalnız minimal tələbatlar təsis edilməlidir
Daxili işlər
- 1. Gürcüstan parlamentində qadınlar üçün məcburi kvotaların tətbiq edilməsini dəstəkləyirsinizmi? Bəli
- 2. Dini təşkilatlar dövlət büdcəsindən maliyyələşdirilməlidirlər ya yox? Bəli
- 3. Gürcüstanın pravoslav kilsəsi Konstitusiya anlaşması ilə verilmiş xüsusi statusla və güzəştlə faydalanmalıdırmı və ya yox? Bəli
- 4. Dövlət tərəfindən maliyyələşdirilən ictimai yayım olmalıdırmı və ya yox? Xeyr
- 5. Xarici vətəndaşların Gürcüstanda kənd təsərrüfatı təyinatlı torpaqları almaq hüquqları varmı? Bəli, yalnız müəyyən məhdudiyyətlərlə
- 6. İcbari hərbi xidmətin mövcudluğu ilə razısınız, ya yox? Xeyr, yalnız peşəkar ordumuz olmalıdır
- 7. Kommunist-totalitar simvollarının kütləvi nümayişi / yerləşdirilməsi qadağan edilməlidirmi? Bəli
Səhiyyə məsələləri
- 1. Dövlət tərəfindən maliyyələşdirilən ictimai səhiyyə proqramı olmalıdırmı? Xeyr, yalnız məqsədyönlü dövlət sığortası olmalıdır (özəl sığorta almaq imkanı olmayanlar üçün
- 2. Marixuananın istifadəsinin leqallaşdırılmasını dəstəkləyirsinizmi? Xeyr, amma dekriminallaşdırılmalıdır və marixuana çəkdiklərinə görə, insanları həbsxanaya yerləşdirməməlidirlər
Xarici siyasət məsələləri
- 1. Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Bəli
- 2. Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirsinizmi? Bəli
- 3. Gürcüstanın Rusiya tərəfindən yaradılmış Avrasiya İttifaqına üzvlüyünü dəstəkləyirsinizmi? Xeyr
- 4. Gürcüstan Rusiyaya qarşı qoyulan sanksiyalara qatılmalıdırmı və ya yox? Bəli
- 5. Qanunla Rusiyanın imperialist ideyalarının açıq təbliğatı məhdudlaşdırılmalıdırmı? Bəli
- 6. 2008-ci ildə Gürcüstanla müharibəni Rusiyanın başlatmasını dəstəkləyirsinizmi? Bəli
- 7. Rusiya Federasiyasının Gürcüstanın işğalçısı və düşməni olduğu və ərazilərimiz işğaldan azad edilənə qədər onunla yaxşı qonşuluq münasibətlərimiz olmamalı olduğu fikri ilə razısınızmı? Bəli
- 8. Rusiya Federasiyasının Gürcüstanla qonşu, eyni dinə qulluq edən bir dövlət olduğu, tarixən bir çox ortaq dəyərləri paylaşdığımız və işğala baxmayaraq, onunla yaxşı qonşuluq münasibətlərimiz olması barədə fikirlərlə razısınızmı? Xeyr