Gürcüstan Dövləti və Gürcüstan Apostol Avtokefal Pravoslav kilsəsi arasında 2002-ci ilin oktyabrın 14-də Konstitusiya sazişi (konkordat) bağlandı, bununla kilsəyə bir sıra imtiyazlar verildi. 2009-cu ildən Maliyyələr Nazirliyi tərəfindən Gürcüstan Patriarxlığı üçün ayrılmış illik ortalama birbaşa maliyyələşdirmə 25 milyon larini təşkil edir.
Bundan başqa, Sovet totalitar rejimi zamanı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məqsədilə, 2014-cü ildən dövlət büdcəsindən islam, iudey, Roma-katolik və ermənilərin avtokefal dini etiqadı olan dini təşkilatlar maliyyələşdirilirlər. Bu məqsədlə, 2020- ci ildə dövlət tərəfindən 4 600 000 lari ayrılmışdır.