Kvotalar qadınların siyasətdəki iştirakını həvəsləndirmək məqsədini daşıyırlar.
İyulun 6-da Gürcüstan Parlamenti Seçki Məcəlləsinə parlamentdə məcburi gender kvotalarını tətbiq edən bir dəyişiklik qəbul etdi. Qanuna görə:
2028-ci ilə qədər keçiriləcək parlament seçkilərində partiya tərəfindən təqdim edilən siyahıda hər dörd namizəddən ən azı bir namizəd fərqli cinsdən olmalıdır;
2028 - 2032-ci illərdə partiyanın keçirəcəyi seçkilərdə, hər üç namizəddən ən azı bir namizəd fərqli cinsdən olmalıdır;
2028-ci ilə qədər keçiriləcək munisipalitet sakrebulosunun seçkilərində partiyanın təqdim etdiyi namizədlər siyahısında, iki namizəddən biri fərqli cinsdən olmalıdır.
Dünyanın müxtəlif ölkələrində parlamentdəki gender kvotaları haqqında daha çox məlumatı bu linkdən əldə etmək olar.